Yevlaxda məscid tikdirən türkiyəli deputat vəfat etdi – FOTO

Siyasət

Yevlaxda məscid tikdirən türkiyəli deputat, memar və sahibkar Adnan Türkoğlu vəfat edib.

resmixeber.az-ın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı özünün “Twitter” hesabında xəbər verib.

“19-cu çağırışda Çorumdan millət vəkili olan Adnan Türkoğlunun vəfatını kədərlə öyrəndim. O, siyasətdə örnək olan, ürəyi yurdla, türk dünyası ilə döyünən bir insan idi. Xidmət üçün təyin olunanda (o, mənə) 1993-cü ildə Azərbaycanın Yevlax rayonunda bir məscid inşa etdirdiklərini demiş, baş çəkməyimi tövsiyə etmişdi. Allah rəhmət eləsin”, – deyə diplomat bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Özəl Elitpark Xəstəxanasında müalicə alan Türkoğlu bu gün səhər saatlarında infarkt keçirərək dünyasını dəyişib.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir