Ordubadda yeni məktəb, yol, kənd və xidmət mərkəzləri istifadəyə verilib

Cəmiyyət

Ordubad rayonunun Xanağa kəndində məktəb, yol, kənd və xidmət mərkəzləri istifadəyə verilib.

“resmixeber.az”un yerli bürosu xəbər verir ki, fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 99-cu ildönümündə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunun Xanağa kəndində aparılan kompleks quruculuq işləri ilə tanış olub.

Əvvəlcə yenidənqurmadan sonra istifadəyə verilən Xanağa kənd tam orta məktəbi ilə tanışlıq zamanı məlumat verilib ki, ikimərtəbəli, 288 şagird yerlik məktəbdə 16 sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, idman zalı, şahmat sinfi, kompüter, müəllimlər və digər otaqlar yerləşir. Burada internetə çıxışı olan 21 kompüter və 4 elektron lövhə quraşdırılıb. Binanın həyətində açıq idman qurğuları qoyulub, bufet və qazanxana tikilib, abadlıq və yaşıllaşdırma işləri görülüb.

Məktəbin pedoqoji kollektivi ilə görüşdən sonra Xanağa kənd yolunda yaradılan şəraitlə tanışlıq olub. Bildirilib ki, ümumi uzunluğu 5,2 kilometr olan kənd yoluna asfalt örtük salınıb, 88 boru su keçidi qoyulub, 1 yeni körpü salınıb, 1 körpü əsaslı təmir edilib, 1470 metr beton su kanalı çəkilib.

Kənd və xidmət mərkəzlərində yaradılan şərait barədə məlumat verilib ki, 2 mərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə məntəqəsi, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv, klub, 38 yerlik zal, qazanxana və digər otaqlar yerləşir. Kənd mərkəzində yerləşən feldşer-mama məntəqəsində məntəqə müdiri, mama və manipulyasiya otaqları vardır. Xidmət mərkəzində isə ərzaq və təsərrüfat malları mağazaları, ət satışı yeri, bərbər, qadın gözəllik salonu və 1 anbar yerləşir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir