Baş Dövlət Yol Polisi İdarəsi bu gün Abşeronda baş verən dəhşətli qəzaya münasibət bildirib.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev resmixeber.az-a bildirib ki, hadisə bu gün saat 14:00 radələrində rayonun Masazır qəsəbəsin Əliağa Vahid küçəsində baş verib:
“Hərəkətdə olan moped birinci dayanacaqda dayanan marşrut avtobusuna, daha sonra isə sürücü eyni istiqamətdə hərəkətdə olan yük avtomobilinin altına düşüb. Nəticədə mopedin sürücüsü həyatını itirib”.
Şöbə rəisi moped sürücülərinə müraciət edərək, yol hərəkəti qaydalarına ciddi riayət etmələrini tövsiyə edib:
“Moped sürücülərindən xahiş edirik yol hərəkəti və təhlükəsizlik qaydalarına ciddi riayət etsinlər. Nəqliyyat vasitəsini idarə edərkən dəbilqə taxsınlar”.
Könül Cəfərli
18:40
Abşeron rayonu, Masazır qəsəbəsində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Baku.ws-in “qaynar xətt”inə məlumat daxil olub.
Bildirilir ki, motosikletlə kuryer fəaliyyəti göstərən şəxsi avtomobil vuraraq öldürüb.
Hadisənin təfərrüatı hələlik məlum deyil.
www.RESMIXEBER.az