Azərbaycan yazıçılarının əsərlərini tərcümə edən şəxs ailəsi ilə birlikdə zəlzələdə həlak olub

Mədəniyyət

Azərbaycan yazıçılarının əsərlərini Türkiyə türkcəsinə uyğunlaşdıran tərcüməçi Abdulkadir Özkan Kahramanmaraşda baş verən zəlzələdə həlak olub.

Bu barədə teatrşünas Anar Bürcəliyev sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, zəlzələ tərcüməçinin ailə üzvlərinin də həyatına son qoyub:

“Abdulkadir Özkan Azərbaycan ədəbiyyatının ən yaxın dostu kimi xatirələrdə yaşayacaq”.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 12 873 nəfər həyatını itirib, 62 937 şəxs xəsarət alıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir