Biləsuvarda dörd nəfərin xəsarət aldığı yol-nəqliyyat hadisəsi baş verdi

Cəmiyyət

Biləsuvar rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“resmixeber.az”un məlumatına görə, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.

Belə ki, qəza nəticəsində dörd nəfər Xırmandalı kənd sakini – 1963-cü il təvəllüdlü Ə.Abdullayev, 1974-cü il təvəllüdlü N.Quliyeva, 1999-cu il təvəllüdlü S.Abdullayev və 1999-cu il təvəllüdlü D.Əlizadə xəsarət alıb.

Onlar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir