Çavuşoğlu: “Zəlzələdən az sonra Ceyhun Bayramov Türkiyəyə səfər etmək arzusunda olduğunu bildirib”

Siyasət

Episentri Kahramanmaraş əyalətində olan 7,7 və 7,6 bal gücündə iki dağıdıcı zəlzələdən sonra dünya Türkiyəyə güclü dəstək nümayiş etdirir.

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kipr Türk Cümhuriyyətindən (ŞKTC) olan həmkarı Tahsin Ərtoğruloğlu ilə görüşündən sonra deyib.

“Bu gün dünyanın 56 ölkəsindən 6479 xilasedici fəlakət zonasındadır. Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 24 saat ərzində daha 19 ölkədən xilasedicilər Türkiyəyə gələcək”, – türkiyəli nazir bildirib.

Onun sözlərinə görə, Türkiyənin on vilayəti ölkə tarixindəki ən böyük fəlakətlərdən birinin fəsadlarını yaşayır.

Çavuşoğlu qeyd edib ki, ŞKTC də hər zaman olduğu kimi belə böyük bir fəlakət qarşısında yardım əlini uzadıb.

“Beynəlxalq ictimaiyyətə Türkiyə ilə həmrəylik nümayiş etdirdiklərinə görə minnətdarlığımı bildirmək istərdim. Biz 95 ölkədən və 16 beynəlxalq təşkilatdan kömək təklifi almışıq. Bir çox ölkələr axtarış-xilasetmə qrupları, həkimlər, səhra xəstəxanaları və humanitar yardım göndərir” – nazir bildirib.

Onun sözlərinə görə, Hatay, Qaziantep, Adana, Adıyaman, Kahramanmaraş və Kilisdə koordinasiya işlərinə 11 səfir cəlb olunub.

Nazir qeyd edib ki, zəlzələdən az sonra Pakistanın baş naziri Şahbaz Şərif, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, eləcə də bir çox rəsmi şəxslər Türkiyəyə səfər etmək arzusunda olduqlarını bildiriblər.

Mənbə: Anadolu 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir