Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Türkiyəyə növbəti yardım göndərilib – YENİLƏNİB + FOTO

Siyasət

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə müvafiq hərbi hissələrdə yaradılan toplama məntəqələrində yığılan yardım ləvazimatları növbəti yük avtomobili ilə Türkiyəyə yola salınıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, qardaş Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə həyata keçirilən yardım tədbirləri davam edir.

Toplama məntəqələrində Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvləri tərəfindən zəlzələ nəticəsində zərər dəymiş bacı və qardaşlarımıza quru qida, təmizlik ləvazimatları, geyim əşyaları, eləcə də yataq, istilik, kiçik məişət avadanlıqlarının və həyati əhəmiyyəti olan digər əşyaların toplanması üzrə tədbirlər davam etdirilir.

19:25

Zəlzələ nəticəsində xəsarət alanlara dəstək olaraq, Müdafiə Nazirliyinin Tibb İdarəsinin ehtiyatından qardaş ölkəyə zəruri tibbi ləvazimatların göndərilməsi həyata keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Tibb İdarəsinin rəhbər heyətinin iştirakı ilə qan əvəzediciləri, antibiotiklər, sarğı və tikiş materialları, dezinfeksiya edicilər, eləcə də digər məsrəf tibbi əmlakdan ibarət, ümumilikdə 15 tonluq yük nəqliyyat vasitəsilə Türkiyəyə yola salınıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən qardaş ölkəyə yardım məqsədilə Azərbaycan Ordusunun bir qrup tibb personalı Kahramanmaraşda zəlzələ nəticəsində xəsarət alanlara səhra hospitalında tibbi xidmət göstərirlər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir