Bakıdan İstanbula uçan təyyarə Ankarada enməli olub

Cəmiyyət

Bakıdan İstanbula uçan təyyarə Ankarada enməli olub.

“Buta Airways” aviaşirkətinin Mətbuat xidmətindən verilən məlumata görə, “Buta Airways”in J2 9105 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen aeroportu) reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında yağan güclü qar səbəbindən Ankarada enməyə qərar verib.

Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 20:50-də Esenboğa Beynəlxalq Hava Limanında (Ankara) eniş edib. Hava şəraiti yol verdikdə İstanbula uçuş həyata keçiriləcək.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir