Mövlud Çavuşoğlu: “İsveç minaları bilərəkdən tapdalayır”

Dünya

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçin NATO-ya daxil olması ilə bağlı məsələyə öz münasibətin bildirib.

O bu barədə Alanyaya səfəri çərçivəsində jurnalistlər qarşısında çıxışı zamanı bildirib.

“Terror təşkilatları xüsusən İsveçin NATO-ya üzvlüyü yolunda minalar düzür. İsveç bu minaları bilərəkdən tapdalayır. İstəsə, təmizləyər. Biz razılaşmaları yerinə yetirməyənləri mükafatlandıra bilmərik. Stokholmun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikdən sonra Ankara məsələni müzakirə etməyə hazır olacaq. Lakin hazırkı vəziyyətdə Türkiyə İsveçin NATO-ya daxil olmasına razılaşa bilməz”, – deyə Mövlud Çavuşoğlu vurğulayıb.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir