ABŞ-də Rusiyadan gələn neft məhsullarına yuxarı qiymət həddi tətbiq edildi

Dünya

ABŞ maliyyə naziri Canet Yellen Rusiya neft məhsullarına yuxarı qiymət həddinin tətbiqi ilə bağlı sərəncam imzalayıb.

Sərəncam fevralın 5-dən ABŞ-nin Şərq sahili vaxtı ilə saat 00:01-dən qüvvəyə minir.

Müvafiq sənəd ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunub.

Vaşinqton və onun müttəfiqləri tərəfindən daha əvvəl əldə edilmiş razılaşmaya uyğun olaraq, ABŞ Rusiya Federasiyasından gələn neft məhsullarına kateqoriyasından asılı olaraq iki ayrı limit tətbiq edir – müvafiq olaraq xam neftin maya dəyərindən yuxarı və aşağı qiymətlərlə satılan neft məhsullarının bareli üçün 100 və 45 dollar.

Digər sərəncamda isə ABŞ-nin fiziki və hüquqi şəxslərinə fevralın 5-dən Rusiya neft məhsulları ilə əməliyyatlarla bağlı bir sıra xidmətlər göstərməyə icazə verilir. Lakin o halda ki, onlar neft məhsullarının müəyyən edilmiş qiymət hədlərinə uyğun olaraq əməliyyatlar aparsınlar. Bu cür xidmətlərə ticarət, vasitəçilik, maliyyə, gömrük brokerlik fəaliyyəti, daşınma, sığorta və zərərin qarşılanması, həmçinin gəmilərin qeydiyyatı daxildir.

Həmçinin Maliyyə Nazirliyinin izahat xarakterli materiallarında vurğulanıb ki, ABŞ-nin Rusiya neftinin və neft məhsullarının alınmasına tətbiq etdiyi embarqo qiymət həddi siyasətindən asılı olmayaraq qüvvədə qalır.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir