Türkiyədə qəza nəticəsində iki nəfərin ölümünə səbəb olan sürücünün yuxuya getdiyi iddia edildi

Dünya

Türkiyədə avtobus dayanacağına çırpılaraq 2 nəfərin ölümünə, 5 nəfərin yaralanmasına səbəb olan avtobus sürücüsü Sefer Baldan həbs edilib.

Şahid qismində hadisə ilə bağlı prokurora ifadə verən sərnişinlərdən biri sürücünün yuxuya getdiyini iddia edib.

“Sürücünün mürgülədiyini görəndə soruşdum ki, sürücü, yatmısan? Cavab ala bilmədim və avtobusun arxa hissəsinə keçdim. Qəza da elə bu zaman baş verdi”, – deyə o bildirib.

Xatırladaq ki, dünən ötən gün axşam saatlarında İstanbul şəhərinin Bağçalıevlər rayonunda Sefer Baldanın idarə etdiyi avtobus əvvəl dayanacağa, daha sonra isə mikroavtobusa çırpılıb. Nəticədə 2 nəfər həyatını itirib, 5 nəfər isə xəsarət alıb. Yaralananlardan Azərbaycan vətəndaşı olan Əhməd Rzayev həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.

Nəzarətə alınan sürücü prokurora verdiyi ifadəsində hadisə anında gözlərinin qaraldığını deyib.

“Səhər saat 05:50-də ilk sərnişini götürdüm. Axşam saat 21:30-da işim bitəcəkdi. Bir gün istirahət edirik, bir gün işləyirik. Hadisə baş verən zaman gözlərim qaraldı. Qəti şəkildə deyə bilərəm ki, yuxuya getməmişəm. Təzyiq dərmanı içirəm, o gün isə istifadə etməmişdim. Sərnişinin ifadəsini qətiyyən qəbul etmirəm”, – deyə o qeyd edib.

Sefer Baldan ehtiyatsızlıqdan birdən çox insanın ölümünə və yaralanmasına səbəb olmaq ittihamı ilə həbs edilib. Avtobusun çırpıldığı mikroavtobusun sahibi də mülkiyyətə ziyan vurma ittihamı ilə sürücüdən şikayətçi olub.

Mənbə: Hürriyet

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir