Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının iclası keçirilib – FOTO

Cəmiyyət

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası iclas keçirib.

Qurumun mətbuat xidmətindən resmixeber.az-a verilən məlumata görə, toplantıda Qayıdış Konsepsiyasının həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

İclası giriş sözü ilə açan Ağsaqqallar Şurasını sədri akademik Əhliman Əmiraslanov Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə uyğun olaraq sülhpərvər qayıdış konsepsiyasının hazırlandığını qeyd edərək, bu vacib sənədin hazırlanması və icrasında Ağsaqqallar Şurasının fəal iştirakının əhəmiyyətini vurğulayıb.

İdarə Heyətinin sədri Əziz Ələkbərli İcmanın Müşahidə Şurası tərəfindən 26 yanvar 2023-cü il tarixində təsdiq edilmiş Qayıdış Konsepsiyasının məzmunu və onun yerinə yetirilməsi üçün hazırda həyata keçirilən və planlaşdırılan tədbirlər barədə toplantı iştirakçılarına ətraflı məlumat verib.

İclasda çıxış edən professor V.Şadlinski, akademik A.Məhərrəmov, professor Ə.Ələkbərov, professor F.Ağamalı, professor İ.Əliyev, professor Ə.Quliyev, professor A.Bayramov və digərləri Qərbi Azərbaycana qayıdışa verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür ediblər.

Toplantı iştirakçıları beynəlxalq hüquqa əsaslanan, sülhpərvər xarakterli Qayıdış Konsepsiyasını təqdir ediblər, onun icrası üçün səylərini əsirgəməyəcəklərini bildiriblər və bu prosesə dair təkliflərini səsləndiriblər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir