Suraxanıda motosiklet qəzasında sürücü ağır yaralanıb

Cəmiyyət

Bakının Suraxanı rayonunda 23 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alıb.

“resmixeber.az”un məlumatına görə, 2000-ci il təvəllüdlü Baxşəliyev Namiq Ağabala oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması və baş beynin ağır dərəcəli əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir