Arktikada müşahidə tarixinin ən uzun sürən ildırımı qeydə alınıb – FOTO

DIN

Alimlər Arktikada müşahidə tarixinin ən uzunmüddətli ildırım çaxmasını qeydə alıblar. Təbiət hadisəsinin müddəti 55 dəqiqə olub.

Bu barədə Arktika və Antarktika Tədqiqat İnstitutunun (AARI) mətbuat xidmətindən məlumat verilib.

Təbiət hadisəsi 2022-ci ilin iyulunda Rusiyanın ən böyük hidrometeoroloji rəsədxanasında, Severnaya Zemlyada yerləşən “Ledovaya Baza Mıs Baranova”da  qeydə alınıb.

Mətbuat xidməti izah edib ki, bu enliklər üçün qeyri-adi sayılan hadisə son bir neçə ildə müşahidə olunub. Belə ki, ilk rəsmi məlumat 2019-cu ildə Bolşevik adası ərazisində qeydə alınıb – tufan 40 dəqiqə davam edib. 2021-ci ildə atmosfer hadisəsi iki dəfə müşahidə olunub. Birincinin müddəti 40 dəqiqə, ikincinin müddəti 25 dəqiqə olub.

“Son 30 illik müşahidələr ərzində planetdəki atmosfer hadisələri əhəmiyyətli dəyişikliklərə məruz qalıb. İldırım buludlarının Arktikanın yüksək enliklərinə çatması isə atmosfer sirkulyasiyasının dəyişməsinə daha bir sübutdur”, – deyə institutdan izah edilib.

Onlar əlavə ediblər ki, yüksək enlik Arktikasında tufanların yaranmasının əsas səbəblərindən birini bu enliklərdə iqlimin istiləşməsi adlandırmaq olar.

Mənbə: Lenta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir