Türkiyədə ananın 6 yaşlı qızını əlindən tutaraq öldürməyə aparmasının görüntüləri yayıldı – VİDEO

Dünya

Türkiyədə ananın 6 yaşlı qızını əlindən tutaraq öldürməyə apardığı anın görüntüləri yayılıb.

Altı yaşlı Aya Necim Qaziantep şəhərində boş ərazidə ölü tapılıb.

İddiaya görə, səhər saatlarında məhəllədəki boş ərazidə yerdə hərəkətsiz uzanan uşağı görən vətəndaşlar polisə məlumat veriblər. Hadisə yerinə sağlamlıq qrupları və çox sayda polis qrupu sövq edilib. Nəticədə qızcığazın öldüyü məlum olub. Onun qatilinin isə anası, xarici ölkə vətəndaşı Nuhha Cemmel olduğu ortaya çıxıb. Qatil ana öz əli ilə övladını ölümə aparıb. Nuhha Cemmelin Ayanı boğaraq öldürdükdən sonra hadisə yerini tərk etdiyi iddia olunur.

Nuhha Cemmel şübhəli şəxs qismində saxlanılıb və daha sonra həbs edilib. 

Ürək ağrıdan görüntülərdə qatil ananın kiçik qızı Ayanın əlindən tutub boş sahəyə aparması anbaan əks olunub.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir