Türkiyə nəqliyyat naziri Avrasiya tunelindən keçən 100 milyonuncu avtomobil sahibinə sürpriz etdi – VİDEO

Dünya

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Avrasiya tunelindən keçən 100 milyonuncu avtomobilin sahibinə sürpriz edib.

Nazir Adil Karaismailoğlu Avrasiya tunelindən 100 milyonuncu avtomobilin keçməsi ilə əlaqədar tunel idarəetmə mərkəzində açıqlamalar verib. O xatırladıb ki, İstanbul Boğazının iki tərəfini dənizin altı ilə birləşdirmək istəyi 1860-cı ildə Sultan Abdülməcidin layihənin hazırlanmasına göstəriş verməsi ilə başlayıb.

Karaismailoğlu qeyd edib ki, o gündən sonra gerçəkləşməsi yuxu kimi gələn bu layihə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə reallığa çevrilib. Marmaray və Avrasiya Tunelinin iki qitənin bir-birinə birləşdiyini bildirən nazir vurğulayıb ki, hər iki tunel nəqliyyat sahəsində dünyanın ən mühüm və uğurlu mühəndislik layihələri kimi tarixdə öz yerini tutub.

“Bir daha vurğulamaq istərdim ki, Avrasiya Tuneli dünyanın ən uğurlu mühəndislik layihələrindən biridir. Bu, böyük və güclü Türkiyənin əsəridir”, – deyə nazir qeyd edib.

Açıqlamalardan sonra nazir Karaismailoğlu və onu müşayiət edənlər Avrasiya Tunelinin Anadolu Yakasındakı girişində 100 milyonuncu avtomobilin keçməsini gözləyiblər.

Tuneldən keçən 100 milyonuncu avtomobil polis qrupları tərəfindən dayandırılıb. Avtomobilin sürücüsü ilə bir müddət söhbət edən Adil Karaismailoğlu ona çiçək və hədiyyələr verib.

Mənbə: Haber Global 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir