Ukrayna prokurorluğu Peqova qarşı ittiham irəli sürdü

Dünya

Ukrayna Baş Prokurorluğu rusiyalı hərbi müxbir, “WarGonzo” layihəsinin yaradıcısı Semyon Peqovu “hərbi mövzularda təbliğat materialları” yaratmaqda qiyabi şəkildə ittiham edib.

Məlumata görə, ittiham Rusiyanın Ukraynada hərbi təcavüz kimi qiymətləndirilən hərəkətlərinə bəraət qazandırmaq, qanuni hesab etmək, onları inkar etmək, eləcə də həmin hərəkətləri tərifləmək ilə bağlı cəza nəzərdə tutan maddə üzrə irəli sürülüb. Bildirilib ki, “WarGonzo” layihəsi sistemli şəkildə hərbi mövzularda Rusiya yönümlü təbliğat materialları hazırlayır.

Ukrayna prokurorluğu Peqovu Donetsk və Luqansk vilayətlərinə dəfələrlə səfər etməkdə və onların qondarma liderlərindən müsahibə almaqda günahlandırır. Qeyd edək ki, Peqova qarşı işin ibtidai istintaq Ukrayna Milli Polisinin Baş İstintaq İdarəsi ilə birlikdə Kiberpolis Departamenti tərəfindən aparılır.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Peqov da daxil olmaqla 198 nəfərə qarşı sanksiya qərarının icrası ilə bağlı fərman imzalayıb.

Dekabrın 20-də Rusiya prezidenti Peqovu “İgidliyə görə” ordeni ilə təltif edib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir