2022-ci ilin sonuna olan məlumata görə, “Azərişıq” ASC-nin 2 882 602 abonenti olub.
resmixeber.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin direktor müavini Vüqar Nəbibəyli deyib.
“Bu abonentlərin təxminən 6%-i qeyri-əhali qrupu abonentləridir. Son məlumata görə, abonentlərimizin təxminən 182 mini qeyri-əhali qrupu abonentləridir”, – deyə V.Nəbibəyli qeyd edib.
Könül Cəfərli
www.RESMIXEBER.az