Füzuli şəhərində inşa edilən yeni rəqəmsal idarəetmə mərkəzinin yaxınlığında elektromobillərin enerji doldurması üçün dolum məntəqələri quraşdırılacaq.
resmixeber.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.
A.Məmmədzadə bildirib ki, “Azərişıq” bütün yeni yarımstansiya və rəqəmsal idarəetmə mərkəzlərində sözügedən dolum mərkəzlərini yerləşdirəcək:
“Rəqəmsal idarəetmə mərkəzlərinin köməyi ilə elektrik enerjisi təchizatı prosesini abonentin sayğacına qədər nəzarətdə saxlamaq mümkündür. Artıq Şuşada da bu işləri asanlıqla həyata keçirə bilirik”.
Könül Cəfərli
www.RESMIXEBER.az