Prezident: “500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq”

Siyasət

“Azərbaycanda yaşıl enerji potensialı çox böyükdür. Bu, artıq təsdiq olunub”.

AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

Təkcə Xəzər dənizində külək enerjisi potensialının 157 giqavat olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: 

“Quruda isə külək və günəş enerjisi potensialı 27 giqavatdır. İki il əvvəl Vətən müharibəsi nəticəsində işğaldan azad etdiyimiz ərazilərdə külək və günəş enerjisi potensialı 10 giqavatdan çoxdur. Biz Naxçıvan Muxtar Respublikasında da böyük potensial müəyyən etmişik. Hazırda biz 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir