İki yaşlı Sevgi təcili əməliyyat olunmalıdır: Gün keçdikcə vəziyyəti daha da ağırlaşır – FOTO

Cəmiyyət

İki yaşlı Sevgi hidrosefaliya (beyin daxili boşluqlarda mayenin həddən artıq toplanması nəticəsində əmələ gələn və özünü müxtəlif klinik əlamətlərlə büruzə verən xəstəlikdir) xəstəliyindən əziyyət çəkir.

Bu barədə resmixeber.az-a onun anası Mirzəyeva Gülsurə məlumat verib.

O bildirib ki, övladının əməliyyatı üçün 6 000 manat lazımdır.

“Sevginin iki yaşı var. O, anadangəlmə hidrosefaliya xəstəliyindən əziyyət çəkir. Nə qədər müalicə etdirsək də, heç bir xeyrini görmədik. Sevgi yanvarın 7-də əməliyyat olunmalı idi, amma məbləği toplaya bilmədik deyə qaldı. Gün keçdikcə vəziyyəti daha da ağırlaşır. Əməliyyat üçün 6 000 manat lazımdır. Məbləğin 1 800 manatını qohumların, dostların köməyi ilə yığa bilsək də, geridə qalan 4 200 manatı toplaya bilmirik. Özümüz kirayədə qalırıq, evdə tək yoldaşım işləyir, mən Sevginin vəziyyətinə görə işləyə bilmirəm. Yardımsevər şəxslərdən mənim balama dəstək olmalarını xahiş edirəm”

Ailə ilə əlaqə: 051 391 34 45

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir