ABŞ-nin ATƏT-dəki nümayəndəsi: “Rusiya 14 mindən çox ukraynalı uşağı zorla təxliyə edib”

Dünya

ABŞ-nin ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter bildirib ki, işğal olunmuş Ukrayna ərazilərindən 14 mindən çox uşaq Rusiya Federasiyasına zorla köçürülüb.

“Rusiyanın təcavüzkar müharibəsi Ukrayna əhalisinin həssas təbəqələrinə, xüsusən də uşaqlara ağrı və iztirab gətirməkdə davam edir. 14 mindən çox uşağın Kremlin marionet orqanları tərəfindən zorla deportasiya edildiyi və ya başqa yolla Rusiyaya köçürüldüyü bildirilir”, – deyə o, ATƏT Daimi Şurasının iclasında açıqlayıb.

M.Karpenter bunun bir millət olaraq ukraynalılara qarşı birbaşa cinayət olduğunu vurğulayıb.

“Rusiya Federasiyası hökuməti ilk növbədə Ukrayna milli kimliyinin bütün təzahürlərini aradan qaldırmağa və bütün ukraynalıları Rusiya imperiyasının sadiq təbəələrinə çevirməyə çalışır”, – Karpenter vurğulayıb.

O əlavə edib ki, Birləşmiş Ştatlar Ukraynada törədilmiş cinayətlərdə iştirak edən bütün şəxslərin məsuliyyətə cəlb edilməsi üçün Ukrayna və beynəlxalq tərəfdaşları ilə işləməyə davam edəcək.

Mənbə: Ukrinform

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir