Bərdədə iki avtomobil toqquşdu: Ölənlər və xəsarət alanlar var

Cəmiyyət

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az-ın məlumatına görə, iki nəqliyyat vasitəsi toqquşub və qəza nəticəsində ölənlər var.

Hadisəni resmixeber.az-a Baş Dövlət Yol Polisi İdarəsindən təsdiq ediblər.

İdarənin İcrimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev bildirib ki, qəza Yevlaz-Ağdam-Laçın yolunun 38-ci kilometrində Bərdə rayonu Kətəlparaq kənd ərazisində qeydə alınıb:

“Niva” markalı, 90-EA-774 nömrə nişanlı avtomobil ilə “Mercedes” markalı, 34-BK-302 dövlət nömrə nişanlı maşınlar toqquşub. İlkin mılumata görə, qəzada üç nəfər ölüb, iki nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir