Naxçıvan Universitetinə yeni rektor təyin edildi – FOTO

Cəmiyyət

Naxçıvan Muxtar Respublikasında yeganə özəl universitet olan Naxçıvan Universitetinə yeni rektor təyin edilib.

“resmixeber.az”un yerli bürosunun məlumatına görə, bununla bağlı təsisçi müvafiq qərar imzalayıb.

Qərara əsasən, bu vəzifəyə Kazımov Anar Altay oğlu təyin edilib.

Əvvəllər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində çalışan A.Kazımov bu gün kollektivə təqdim edilib.

Məlumatı universitetin Mətbuat Xidməti təsdiqləyib.

Qeyd edək ki, dosent A.Kazımov bu təyinatadək Dövlət İqtisad Universitetində çalışırdı.

Universitetin sabiq rektoru Nurlana Əliyeva isə prorektor vəzifəsində universitetdəki fəaliyyətini davam etdirəcək.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir