Lavrov: “Rusiya “3+3” formatını təşviq edir”

Siyasət

“Rusiya regionda konstruktiv diqqətin üstünlük təşkil etməsi üçün “3+3” formatını təşviq edir”.

Bu sözləri Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov “Russia Today” telekanalının aparıcısı və baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.

“Bu regionda quruculuğa konstruktiv diqqətin üstünlük təşkil etməsi üçün biz “3+3” formatını təbliğ edirik… İlk baxış təması baş tutub, biz bu istiqamətdə işi davam edəcəyik”, – deyə Lavrov bildirib.

Qeyd edək ki, “3+3” regional məsləhətçi platformasının ilk iclası 2021-ci il dekabrın əvvəlində Moskvada Rusiya Federasiyası, Azərbaycan, Ermənistan, Türkiyə xarici işlər nazirlərinin müavinləri və İran Xarici İşlər Nazirliyinin baş direktorunun həmsədrliyi ilə keçirilib.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir