Ötən il ən çox ixrac ediyimiz məhsulun adı açıqlandı

Cəmiyyət

Keçən il ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (209,7 milyon ABŞ dolları) birinci olub.

resmixeber.az xəbər verir ki, bu məlumatlar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmal”ının yanvar sayında qeyd olunub.

İcmalda bildirilir ki, bu siyahıda qızıl (185,2 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (173,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. 

Qeyd edək ki, Azərbaycanda karbamid zavodu 2019-ci ilin əvvəlindən istismara verilib. Zavodda gündəlik 1200 metrik ton ammonyak və 2000 metrik ton karbamid istehsal etmək mümkündür.

Torpaqda asan həll edilməsi ilə seçilən karbamid ən yüksək azot tərkibli (46%) gübrədir. Bu gübrə əsasən erkən yaz vaxtı əlavə yemləmələrdə, səpinlə birgə və bütün növ bitkilərin vegetasiya dövründə tətbiq edilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir