Məleykə Abbaszadə: “Buraxılış imtahanlarını kompüterlə keçirmək gələcək 5 ildə mümkün olmayacaq”

Cəmiyyət

Bu ilin sonuna qədər bütün dövlət qulluğu imtahanlarını kompüter əsasında keçirməyi planlaşdırırıq.

resmixeber.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Məleykə Abbaszadə bu sistemi yavaş-yavaş digər imtahanlara da aid etmək istədiklərini deyib:

“Siz bilirsiniz ki, bizdə müəyyən imtahanlar kompüter əsasında aparılır. Amma dediyim kimi, ilin sonuna doğru bütün dövlət qulluğu imtahanlarını kompüter əsasında keçirməyi planlaşdırırıq. Bundan sonra ardıcıllıqla digər kütləvi imtahanları da kompüter əsasında keçirəcəyik. Buraxılış imtahanları isə çox kütləvi imtahandır. Burada 130 mindən çox abituriyent iştirak edir, ona görə o imtahanları kompüterlə keçirmək gələcək 5 ildə mümkün olmayacaq”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir