Bakıda mikroavtobusun iştirakı ilə dəhşətli qəza – ANBAAN VİDEO

Cəmiyyət

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

resmixeber.az xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb. 

İlkin məlumata görə, hadisə ötən gecə Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb. 

Qəza zamanı VAZ-2107 markalı avtomobil ilə mikroavtobus toqquşub. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəsmisi baş inspektor, polis mayoru Araz Əsgərli resmixeber.az-ın sorğusuna cavab olaraq bildirib ki, qəzada VAZ-2107 markalı avtomobilin sürücüsü xəsarət alıb:

“Xəzər Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır. Ölüm faktı qeydə alınmayıb”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir