İngiltərədə müəllimlərin etirazları başladı: Ölkədə son 10 ilin ən böyük tətili gözlənilir – VİDEO

Dünya

Böyük Britaniyada müəllimlərin etiraz aksiyası başlayıb.

Bunun ölkədə son 10 ildə ən böyük tətil olacağı gözlənilir.

İngiltərə və Uelsdə müəllimlər 2016-cı ildən bəri ilk milli tətildə iştirak edirlər.

Milli Təhsil Birliyindən (NEU) verilən məlumata görə, maaşlarının artırılmasını tələb edən 100 mindən çox insanın qatılacağı gözlənilir. Həmçinin universitet işçiləri, dövlət qulluqçuları, qatar və avtobus sürücülərinin də iştirak edəcəyi qeyd edilir.

Şotlandiyanın iki hissəsində – Klakmannanşir və Aberdində də müəllimlər davamlı tətilə başlayıb.

Qeyd edək ki, 2022-ci ildə İngiltərə və Uelsdəki əksər dövlət məktəblərinin müəllimlərinin maaşı 5% artıb. Lakin həmkarlar ittifaqları bildirir ki, inflyasiyanın 10%-i keçdiyi nəzərə alınarsa, bu,  maaşların kəsilməsi deməkdir.

Şotlandiyada müəllimlər 5% artımdan imtina ediblər.

Mənbə: BBC

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir