Türkiyədə cənazə maşını aşdı, 16 nəfər xəsarət aldı – VİDEO

Dünya

Türkiyənin Kastamonu vilayətində cənazə daşıyan maşın qəzaya düşüb.

Qəza vaxtı maşında dəfnə aparılan cənazə, rəhmətə gedən şəxsin 14 nəfər qohumu, sürücü və bir nəfər bələdiyyə işçisi olub.

Xəsarət alanların xəstəxanaya çatdırılması üçün hadisə yerinə bir neçə təcili tibbi yardım maşını çağırılıb. İki nəfərin vəziyyətinin ağır olduğu bildirilir. 

Qəza səbəbindən yolda nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.

Yol nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar davam edir.

Mənbə: İHA

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir