Sabunçu sakinlərinin acınacaqlı vəziyyəti: Nə yol var, nə kanalizasiya sistemi – FOTO

Cəmiyyət

Sabunçu rayonunun sakinləri yol və kanalizasiya problemindən əziyyət çəkirlər. 

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Bildirilib ki, qəsəbələrin iki problemi qış mövsümündə sakinləri daha çox narahat edir:
“İkisi də bir-biri ilə bağlıdır. Məsələn, yola asfalt vurulsa, amma kanalizasiya xətti yoxdursa, (yararsızdırsa), yağış suları tədricən yol örtüyünü sıradan çıxaracaq.

Sabunçu qəsəbəsinin sakinləri də oxşar vəziyyətlə üzləşiblər. Teymur Bünyadov küçəsinə asfaltı (işlənmiş) sakinlər öz hesablarına çəkdiriblər. Amma yolun örtüyü tezliklə yararsız hala düşüb. M.Hüseynzadə (keçmiş Qəzənfər Musabəyov) və Xurşidbanu Natəvan küçələrinin də asfalt problemi həllini gözləyir.

Ümumiyyətlə, qəsəbənin su və kanalizasiya sistemi sovet dövründən qalmadır, istismar müddətini başa vurub. Su kəmərlərindən sızmalar küçələrdə gölməçələr yaradır, palçığa, üfunətə səbəb olur”.

Sakinlər qeyd edib ki, problemlə bağlı aidiyyəti yerlərə müraciətləri hələlik nəticəsiz qalıb. 

Sabunçu Rayon İcra Hakimiyyətindən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayonun bütün qəsəbələrində olduğu kimi Sabunçu qəsəbəsində də içməli su və kanalizasiya xətlərinin çəkilməsi və təmiri aidiyyəti üzrə “Azərsu” ASC tərəfindən icra olunur:

“Qəsəbədaxili yolların asfaltlanması isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Dövlət İnvestisiya Proqramları çərçivəsində həyata keçirilir. Bununla bağlı Sabunçu qəsəbəsinin T.Bünyadov, M.Hüseynzadə (keçmiş Musabəyov) və X.Natəvan küçələrində yolun asfaltlanması üçün Rayon İcra Hakimiyyəti tərəfindən həmin Agentliyə müraciət olunub”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir