Ukraynada gömrük rəhbərliyi işdən azad edildi

Dünya

Ukrayna Nazirlər Kabineti gömrük orqanları rəhbərliyini vəzifəsindən azad edib.

Dövlət Gömrük Xidmətinin sədri vəzifəsini icra edən Vyaçeslav Demçenko və onun iki müavini işdən uzaqlaşdırılıblar.

Bu barədə deputat Aleksey Qonçarenko öz “Telegram” kanalında məlumat verib.

“Nazirlər Kabineti gömrük orqanlarının rəhbər heyətini işdən azad etdi. Demçenko və onun müavinləri Şutski və Çerkasski vəzifələrindən uzaqlaşdırıldılar”, – deyə Qonçarenko bildirib.

O, həmçinin qeyd edib ki, Gömrük Xidmətinin sədri vəzifəsinin yeni icraçısı hazırkı sədr müavini Sergey Zvyagintsev olacaq.

Xatırladaq ki, Dövlət İstintaq Bürosu gömrükdə bir sıra cinayətləri ifşa edib ki, bunlar dövlətə təxminən 400 milyon qrivna dəyərində ziyan vurub.

Ümumilikdə 2022-ci ildə Dövlət İstintaq Bürosu əməkdaşları tərəfindən gömrük sahəsində cinayətlərə görə 576 cinayət işi araşdırılıb, nəticədə 156 şəxs şübhəli bilinib, 119 şəxs barəsində isə 110 ittiham aktı məhkəməyə göndərilib.

Mənbə: UNİAN

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir