İran hakimiyyəti Xoy əhalisini taleyin ümidinə buraxıb – VİDEO

Dünya

Yanvarın 28-də gecə saatlarında İranın bəzi hərbi obyektlərinə zərbələr endirildiyi bir vaxtda Güney Azərbaycanın Xoy bölgəsində baş verən 5,9 bal gücündə zəlzələ insan itkilərinə və ciddi dağıntılara səbəb olub. 

Yeraltı təkanların sonrakı günlərdə də davam etməsi, eləcə də qarlı-şaxtalı hava şəraiti əhalinin durumunu xeyli ağırlaşdırıb. Lakin daha dəhşətlisi təbii fəlakətdən üç gün keçməsinə baxmayaraq, İran hakimiyyətinin zəlzələdən zərər çəkən və soyuq havada sözün həqiqi mənasında çöldə qalan insanlara səmərəli kömək göstərməməsi və ya göstərmək istəməməsi, kənardan təklif olunan yardımı rədd etməsi, bununla da əhalini bir növ taleyin ixtiyarına buraxmasıdır.

Bu azmış kimi, hakimiyyət orqanlarına yardım üçün müraciət edən əhali “Bəsic” qüvvələrinin kobudluğu və təzyiqləri ilə üzləşib. Yayılan məlumatlara görə, Tehran hökuməti yaşam mücadiləsi verən Xoy camaatına zəruri yardım yollamaq əvəzinə, onların üzərinə xüsusi təyinatlı polis qüvvələri və su şırnağı maşınları göndərib. 

“Etimad” qəzetinin yazdığına görə, zəlzələdən zərər çəkən bölgədə vəziyyət çox gərgindir, insanlar qəzəblidirlər və ruhi sarsıntı keçirirlər.

Qəzet onu da vurğulayır ki, əhalinin bir qismi bölgəni tərk edib başqa şəhər və kəndlərə üz tutmaq niyyətindədir.

Görünür, əhalinin faciəsinə görünməmiş laqeydlik nümayiş etdirən İran hakimiyyətinin bu davranışının bir məqsədi də azərbaycanlı əhalini Xoy bölgəsindən didərgin salmaqdır.

Ətraflı “Azad İran” “YouTube” kanalının süjetində:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir