Dudadan Zelenskiyə sülh müqaviləsi ilə bağlı təklif: “Çarizmdən qalan əsirlik sona çatsın”

Dünya

Polşa Prezidenti Andjey Duda Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya üzərində qələbədən sonra sülh müqaviləsini Pereyaslavda bağlamağı tövsiyə edib.

Bu barədə Duda Latviyaya səfəri zamanı bildirib.

“Deyirəm, Volodimir, tariximizə nəzər salıram və bu yolların bir vaxtlar necə ayrıldığını xatırlayıram. Sizə yalvarıram – Rusiyanı məğlub etdikdən sonra sülh imzalamaq üçün dizləri üstə sürünə-sürünə gəldikləri zaman onları Pereyaslava aparın, qoy sizinlə sülh müqaviləsini orada imzalasınlar. Qoy orada sovet və Rusiya təsirinin altındakı bütün illərin üstündən xətt çəkilsin və çarizm dövründən bu yaxınlara qədər davam edən əsirlik sona çatsın, hansı ki, siz indi yenidən özünüzü bundan müdafiə edirsiniz”, – deyə Polşa prezidenti bildirib.

Duda həmçinin əlavə edib ki, Ukrayna xüsusilə müttəfiqlərinin dəstəyi sayəsində Rusiya üzərində qalib gələcək. Polşa prezidentinin sözlərinə görə, hamı Rusiya ilə dinc münasibətlər şəraitində yaşamaq istəyərdi.

“Təəssüf, gördüyünüz kimi, bu mümkün deyil, çünki onlar hücum edirlər, soyğunçuluq edirlər, öldürürlər, insanların azadlığını əllərindən almaq istəyirlər”, – deyə Andjey Duda qeyd edib.

Xatırladaq ki, 8 yanvar 1654-cü ildə getman Boqdan Xmelnitski Pereyaslavda hərbi şura çağırıb, nəticədə Zaporojyenin çar Rusiyasına birləşdirilməsi haqqında qərar qəbul edilib.

Mənbə: Focus.ua

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir