“Zaqreb Open”: Azərbaycanın yeddi sərbəst güləşçisi mübarizəyə başlayır

Dünya

Azərbaycanın 7 sərbəst güləşçisi bu gün Xorvatiyada start götürəcək “Zaqreb Open”də mübarizəyə başlayacaq.

“resmixeber.az”un məlumatına görə, yarışın ilk günündə 57 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov təsnifatda çinli Veiyu Li ilə, eyni çəkidəki Əliabbas Rzazadə onun həmyerlisi Vanhao Zou ilə üz-üzə gələcək.

65 kq-da mübarizə aparan Əli Rəhimzadə 1/8 final mərhələsində polşalı Eduard Qriqorevin müqavimətini qırmağa çalışacaq.

70 kq çəki dərəcəsində çıxış edən Hacımurad Hacıyev təsnifatda italiyalı Canluka Talamoya, bu çəkidə yarışan Hacı Əliyev 1/4 finalda gürcüstanlı Giorgi Eblakidzeyə rəqib olub.

74 kq-da mübarizə aparan Cəbrayıl Hacıyev təsnifatda rumıniyalı Krisztian Biroyla, 86 kq çəki dərəcəsində çıxış edən Abubakr Abakarov 1/8 finalda gürcüstanlı Tariel Qaprindaşvili ilə güləşəcək.

Qeyd edək ki, “Zaqreb Open” fevralın 5-də başa çatacaq.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir