“Haber Global”: “Azərbaycandan İrana sərt mesaj” – VİDEO

Siyasət

Türkiyənin Haber Global telekanalı Azərbaycanın İrandakı səfirliyinə xain terror hücumu nəticəsində həlak olan şəhidimiz Orxan Əsgərovun cənazəsinin ölkəmizə gətirilməsi zamanı Tehran hava limanında yaşanan diqqətçəkən məqama toxunub.

Belə ki, Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin “Yarasa” xüsusi təyinatlı qrupunun əməkdaşları iranlı hərbçilərin şəhidimizin cənazəsini təyyarəyədək aparmalarına icazə verməyərək, bu şərəfli işi öz üzərilərinə götürüblər.

Telekanalın efirində bu məqam İrana ünvanlanan xüsusi mesaj kimi qiymətləndirilib. Bildirilib ki, bununla da Azərbaycan öz şəhidinə sahib çıxaraq iranlı hərbçilərə yerini göstərib.

Daha ətraflı Haber Global-ın videomaterialında:

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir