Fransa və Avstraliya Ukrayna üçün razılığa gəldilər

Dünya

Fransa və Avstraliya Ukrayna üçün milyonlarla dollarlıq layihədə əməkdaşlıq edəcəklərini bildiriblər.

Bu barədə hər iki ölkənin xarici işlər və müdafiə nazirlərinin Parisdə keçirilən görüşü zamanı məlumat verilib.

Fransanın silah şirkəti “Nexter” mərmi üçün barıt tədarükçüsü olacaq Avstraliya şirkətləri ilə əməkdaşlıq edəcək.

Bildirilir ki, bir neçə min 155 mm-lik artilleriya mərmiləri birgə hazırlanacaq.

Nazirlərin heç biri artilleriya mərmisinin dəqiq sayını deməsələr də, bunun uzunmüddətli əməkdaşlıq olacağına işarə ediblər.

Mənbə: Mk.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir