Pakistanlı ekspert: “İran hökuməti Azərbaycan səfirliyinin təhlükəsizliyini təmin etmək iqtidarında deyil”

Dünya

“İran gələcəkdə hər hansı səfirliyə hücumların qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini nəzərdən keçirməli və gücləndirməlidir”.

Bunu “resmixeber.az”a açıqlamasında beynəlxalq münasibətlər üzrə analitik Xalid Teymur Əkrəm deyib.

“Təəssüf ki, İran hökuməti Azərbaycanın Tehrandakı səfirliyini hücumlardan qorumaq iqtidarında deyil. Vyana Konvensiyasına əsasən, diplomatların və diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi öhdəliyi onların yerləşdiyi ölkənin üzərinə düşür”, – o əlavə edib.

Ekspertin sözlərinə görə, Tehrandakı səfirliyə son hücumdan sonra Azərbaycan ilə bağlı yaranmış vəziyyəti effektiv şəkildə həll etmək üçün İran hökuməti öz fəaliyyətini beynəlxalq tərəfdaşlar və müvafiq orqanlarla əlaqələndirməlidir:

“Bundan başqa, hücumdan zərər çəkmiş şəxslərə və onların ailələrinə dəstək verilməlidir”.

“Mən bu hücumu kəskin şəkildə qınayıram, bu cür zorakılıq aktlarını qəbuledilməz hesab edirəm”, – Xalid Teymur Əkrəm vurğulayıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir