Kirayə mənzildə faciə: İki fəhlə öldü, bir nəfər xəstəxanalıq oldu

Cəmiyyət

Abşeron rayonunda dəm qazı faciəyə səbəb olub.

resmixeber.az xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

1960-cı il təvəllüdlü Yusifov Siyasət Mirzə oğlu və 1963-cü il təvəllüdlü Alıyev Kamil İsmayıl oğlu kirayə qaldıqları evdə boğularaq ölüblər.

Hələlik adı və soyadı bilinməyən üçüncü şəxs isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, hər üç şəxs bina tikintisində çalışırlarmış. Onlar birgə kirayədə yaşayırmışlar.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir