Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb – FOTO/VİDEO

HƏRBİ

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrünün başlanması ilə əlaqədar tədbirlər keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirlərdə döyüş bayrağı sıra meydanına gətirilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər müdafiə nazirinin yeni tədris dövrünün başlanması ilə bağlı əmr və tələblərini, Azərbaycan Ordusunun qarşında duran vəzifələri, eləcə də digər məsələləri şəxsi heyətin diqqətinə çatdırıblar.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qarşıya qoyduğu tələblərə əsasən qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanmasını təmin etmək məqsədilə cari tədris ilində əsas diqqət qabaqcıl metodlardan və yüksək texnologiyadan geniş istifadə etməklə qoşunların idarəedilməsində operativliyin artırılması, bölmələr arasında uzlaşmanın təşkili, hərbi qulluqçuların peşəkarlığının daha da yüksəldilməsi və praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldiləcək.

Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir