Türkiyə ilk dəfə Antarktidaya ekspedisiya göndərir: Dəstədə üç məktəbli də var- FOTO

Dünya

“Türkiyəli alimlər Antarktidaya elmi ekspedisiyaya çıxıblar. Onların arasında üç lisey şagirdi də var”.

Bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank xəbər verib.

O, hazırda Antarktidada 50-dən çox ölkənin tədqiqat mərkəzləri, bazalarının olduğunu deyərək, Türkiyənin indiyə kimi bu işdən kənarda qaldığını vurğulayıb.

“Prezidentimiz “Türkiyə olaraq geridə qala bilmərik” deyərək bizim oraya elmi ekspedisiyamızı başlatmayana qədər o yerlərlə heç birimiz maraqlanmamışıq”, – deyə nazir bildirib.

STN rəhbəri orada daimi elmi baza yaratmaq istədiklərini deyib.

“Baxın, orada 50-dən çox dövlətin bazası var, amma onların arasında bir müsəlman ölkəsinin elmi bazası yoxdur. Bax bunu kim edəcək? Allahın izni ilə biz. Elmi ekspedisiyaya gedən alimlər arasında üç orta məktəb şagirdi var. Onlar TÜBİTAK-ın (Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası) qütb araşdırma müsabiqəsində birinci yerə çıxıblar. Biz birinci yerə çıxan lisey şagirdlərini Antarktidaya göndəririk. Onlar orada öz layihələrini sınayacaqlar”, – deyə Varank bildirib.

Mənbə: TRT Haber

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir