Cəlilabadda balta ilə oynayan uşaq əlinə xəsarət yetirib, barmağı amputasiya olunub

Cəmiyyət

Cəlilabad rayonunda iki yaşlı uşaq həyətdə oynayarkən barmağını kəsib və onun həmin barmağı amputasiya olunub.

“resmixeber.az”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Axtaxana kəndində baş verib.

Belə ki, həyətlərində balta ilə oynayan 2020-ci il təvəllüdlü E.Məmmədova sağ əlinin ikinci barmağına xəsarət yetirib.

Azyaşlı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və azyaşlının həmin barmağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir