Azərbaycan diaspor fəalları Haaqa Ədalət Sarayının qarşısında toplaşıblar – FOTO

Siyasət

Beynəlxalq Ədalət Məhkəməsi yanvarın 31-də Azərbaycanın Ermənistana qarşı hüquqi təqib təşəbbüsləri üzrə ictimai dinləmələr keçirəcək.

Dinləmələr Azərbaycan Respublikasının 3 yanvar 2023-cü ildə Ermənistana müvəqqəti tədbirlərin təyin edilməsi ilə bağlı müraciətinə həsr edilib. İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Beynəlxalq Konvensiya ilə bağlı (Azərbaycan Ermənistana qarşı) ictimai dinləmələr Haaqadakı Sülh Sarayında Coan Donoqyunun (Joan E. Donoghue) hakimliyi ilə baş tutacaq.

Azərbaycanın Niderland Krallığındakı fəal diaspor təşkilatlarının – Hollanda Azərbaycan Türk Kültür Dərnəyi, Benilüks Azərbaycanlıları Konqresi, Niderland – “Azərbaycan Evi” təşkilatı, Beynəlxalq Xanımlar Klubu, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının təmsilçiləri ölkəmizin haqlı mövqeyini beynəlxalq müstəvidə dəstəkləmək üçün bu gündən etibarən Haaqa Ədalət Sarayının qarşısında toplaşıblar.

Diaspor fəalları əllərində erməni təcavüzünü pisləyən plakatlar tutaraq hakimlərin diqqətini çəkməyə çalışır, onları ədalətli olmağa səsləyirlər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir