Azərbaycanlı hərbçilər Türkiyədə 17 dərəcə şaxtada “Qış təlimi”ndə – FOTO

Dünya

Türkiyə Silahlı Qüvvələrinin “Qış təlimi-2023” təlimləri sərt hava şəraitində – Qarsda 17 dərəcə şaxtada keçirilir.

Təlimdə Türkiyə, Azərbaycan, Bosniya və Herseqovina, Gürcüstan, İtaliya, Qazaxıstan, Kosovo və Özbəkistandan olan hərbçilər fəal şəkildə iştirak edirlər. Həmçinin Almaniya, Bəhreyn, Böyük Britaniya, Efiopiya, Qətər, Qırğızıstan, Küveyt, Liviya, Malayziya və Monqolustan da müşahidəçi qismində qatılıblar. 1758 nəfər şəxsi heyətin iştirak etdiyi, 43 müxtəlif təyinatlı 651 texnika və 28 müxtəlif növ və diametrdə 865 silahın tətbiq olunduğu təlimlər mənfi 17 dərəcə temperaturda çətin şərtlər altında həyata keçirilir.

Təlimlə bağlı brifinqdən sonra Türkiyə, Azərbaycan, Kosovo və İtaliyanın silah və texnikası təqdim edilib.

Mənbə: DHA

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir