Çavuşoğlu portuqaliyalı həmkarı ilə Azərbaycan və Ermənistan barədə müzakirələr aparıb – VİDEO

Dünya

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu portuqaliyalı həmkarı Joao Qomes Kravinyo ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

resmixeber.az-ın məlumatına görə, bu barədə M.Çavuşoğlu Ankarada J.Klavinyo ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Görüşdə həmçinin Qafqazda baş verən proseslər, Azərbaycan-Ermənistan, Ankara və İrəvan arasında normallaşma prosesi ilə bağlı fikir mübadiləsi aparıldı. Cənubi Qafqazın sabitliyi və son proseslər barədə danışdıq”, – deyə Çavuşoğlu bildirib.

O, həmçinin regional məsələləri də müzakirə etdiklərini əlavə edib.

“Ukraynada davam edən müharibəni, İsveç və Finlandiyanın NATO-ya müraciət prosesini qiymətləndirdik”, – deyə nazir qeyd edib.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir