Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanda qızıl medal qazanıblar

Dünya

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan “Shymkent Cup” yarışını iki medalla başa vurublar.

Federasiyadan resmixeber.az-a verilən məlumata görə, Mərziyyə Nurmətova ilə Aylin Əsgərova qızların qoşa turnirində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün birinci pilləsinə yüksəliblər.

Nurmətova şəxsi turnirdə də etimadı doğruldub. Sumqayıt stolüstü tennis məktəbinin yetirməsi bürünc medala da layiq görülüb.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir