Gəncədə “Kalaşnikov” götürülən şəxs: “Düşmənlərim var” – FOTO

Cəmiyyət

Gəncə sakinində avtomat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Gəncə Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Eşqin Qurbanov şəhər ərazisində saxlanılaraq baş idarəyə gətirilib.

Onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki torbadan bir ədəd atəşə yararlı “Kalaşnikov” markalı avtomat, həmin silaha aid bir ədəd daraq və 28 ədəd patron aşkar edilərək götürülüb.

resmixeber.az-ın əldə etdiyi məlumata görə, saxlanılan şəxs dindirilmə zamanı: “Həbsdə olmuşam, düşmənlərim var. Həm də kişinin silahı olar”, – deyib.

Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Samir İsayev

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir