Qəbələdə skeleti tapılan şəxsi vəhşi heyvanlar parçalayıbmış

Cəmiyyət

Qəbələ rayonunda yanvarın 29-da tapılan insan skeleti ilə bağlı bəzi detallar bəlli olub. Qeyd edilir ki, skeleti aşkarlanan kişini vəhşi heyvanlar parçalayıb. 

resmixeber.az-ın məlumatına görə, qalıqlar Nohurqışlaq kəndinin dağlıq ərazisinə düşən hissəsində aşkarlanıb.

Ölənin kimliyinin müəyyən edilməsi istiqamətində polis və prokurorluq əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır.

Həmin şəxsin 2022-ci ilin dekabr ayında meşədə itkin düşən Səyavuş Həmidov olduğu ehtimal edilir.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir