Vaşinqton İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantları nəzərdən keçirir.
Bunu ABŞ-nin dövlət katibi Entoni Blinken bildirib.
“İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün masada bütün variantlar var”, – deyə o bəyan edib.
Bundan əvvəl İsrailin müdafiə naziri Benni Qantz bildirib ki, İran nüvə silahı yaratmağa yaxındır. Onun sözlərinə görə, Tehranın müvafiq istəyi İsrail kəşfiyyatının məlumatları ilə təsdiqlənir.
Həmçinin, bir müddət öncə Beynəlxalq Atom Enerjisi Agentliyi İrandakı uran ehtiyatlarının nüvə bombası üçün kifayət edə biləcəyini bəyan edib.
Mənbə: gazeta.ru
www.RESMIXEBER.az