Goranboyda körpə uşaq meyiti tapılıb

Cəmiyyət

Goranboy rayonunda körpə uşaq meyiti tapılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov resmixeber.az-a bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Kəpənəkçi kəndində körpə uşaq meyiti tapılması ilə bağlı məlumat daxil olub.

“Dərhal polis və rayon Prokurorluğunun əməkdaşları həmin əraziyə gələrək müvafiq araşdırmalar aparıb. Meyit müayinə olunası üçün ekspertizaya təqdim edilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanıb”, – DİN rəsmisi qeyd edib.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir